Təbiət

Coğrafi icmal.
Flora və fauna

Azərbaycan Cənubi Qafqazın şərqində, Xəzər dənizinin qərb sahilində yerləşmişdir. Şimal sərhədi Rusiya (Dağıstan) ilədir və Xəzər sahilindən Böyük Qafqaz silsiləsinədək uzanır; şimal-qərbdən mürəkkəb dağ konfiqurasiyası boyu Gürcüstanla sərhəddir; cənubda İran İslam Respublikası ilə Naxçıvan Muxtar Respublikası və Araz çayı boyu, həmçinin Xəzərin rütubətli subtropik iqlimli cənub-qərb sahili boyu sərhəddir. Cənub-qərbdə Türkiyə ilə, qərbdə Ermənistanla sərhəddir.

Ölkənin ərazisini Xəzər dənizinə doğru əyilmiş nəhəng nimçəyə bənzətmək olar. Bu səbəbdən Azərbaycanın bütün çayları Xəzərə axır. Bəziləri ölkənin başlıca çayı Kürə, bəziləri isə onun ən böyük qolu olan Araza axır. Azərbaycanda 250-yədək göl vardır. Meşəli dağlarla əhatələnmiş gözəllik incisi Göygöl Kəpəz dağının ətəyində, dəniz səviyyəsindən 1. 556 m yuxarıda yerləşir. Dünyada ən böyük göl olan Xəzər dənizi (su səthi 378400 kv. km.-dir) mənşəyinə görə unikaldır və zəngin biolojı variativliyə malikdir. Dəniz faunasının 1.332 növü vardır. Nərə balığı, somğa, Dunay gümüşçəsi, çapaq, siyənək və s. balıqlar daxil olmaqla, Xəzərdə 111 növ balıq vardır. Dənizin Azərbaycana məxsus sahillərində dövlət tərəfindən mühafizə olunan Xəzərin yeganə məməliləri – çoxlu suitilər yaşayır. Onların populyasiyasını artırmaq üçün Abşeron Milli parkı yaradılmışdır.
Azərbaycanın zəngin filiz yataqları və karbohidrogen ehtiyatları vardır. Ən böyük neft və qaz yataqları Abşerondadır. Geniş yayılmış naftalan karbonu müxtəlif xəstəliklərin müalicəsində istifadə olunur. Kəlbəcər rayonundaki İstisu mineral suyu bir sıra parametrlərinə görə məşhur Karlovi Varı sularından üstündür. Naxçıvanın Badamlı, Sirab, Vayxır mineral suları bölgədən kənarda da geniş şöhrət qazanmışdır.

Məhv olmaq təhlükəsi qarşısında qalan unikal bitki və heyvan növlərini qorumaq üçün 12 qoruq, 17 yasaqlıq və 6 milli park yaradılmışdır. Məs., Qızılağac Dövlət Qoruğu Xəzər sahili boyu uzanan Muğam çölünün bir hissəsini əhatə edir. Buraya qişlamağa uçub qələn minlərcə quşdan ən əhəmiyyətli növlər qızılqaz, durna, ördək, qaz, qu quşu, qarabatdaq, qaşqaldaq, vağ quşlarıdır. Şirvan Milli parkında İran ahusu vardır. Zaqatala qoruğu maral, dağkeçisi, muflon, cüyür, ayı kimi heyvan növlərini və müxtəlif quşları mühafizə edir. Bir çox növlər Azərbaycanın Qırmızı Kitabına daxil edilmişdir.

Caylar

Araz çayı Türkiyə ərazisində ki Bingöl silsiləsindən (2990 m) başlayır. Sabirabad şəhəri yaxınlığında (Suqovuşan kəndində) Kürlə qovuşur. Onun uzunluğu 1072 km, hövzəsinin sahəsi 102 km2-dir.
1970-ci ildə Araz üzərində tikilmiş Araz su qovşağından həm Naxçıvan MR-na, həm də İrana elektrik enerjisi verilir. Mil, Muğan düzlərinin, Arazboyu düzənliklərin bol bərəkətli çöllərə çevrilməsində Araz çayı böyük əhəmiyyətə malikdir.
Araz çayı yerləşdiyi fiziki-coğrafi mövqeyə görə Türkiyə və İran ərazisində çirklənmir. Qonşu dövlətlərlə sərhəd xətti rolunu oynadığından Araz çayı kifayət qədər tədqiq olunmamışdır.

Samur Azərbaycanın şimal-şərgində ən iri çaydır. Dağıstan ərazisində 3600 m mütləq hündürlükdən başlayır və Xəzər dənizinə tökülür. Uzunluğu 216 km, hövzəsinin sahəsi 4,4 min km2-dir. Samur çayı dağların arası ilə şıldırımlı, dik yamaclı, dərin dərələrlə axır. Çayın qidalanmasında yeraltı və buzlaq suları xüsusi əhəmiyyət kəsb edir. Samur çayı üzərində su qovşağı tikilmişdir. Samur-Abşeron kanalı bu qovşağdan başlanır.

Obyektın adı Sahə Xarakteri
Kəlbəcər rayonu
1 Ayı findiğı.Corylus colurna L. 968 Ayi findiğına Azərbaycanın digər meşələrində çox nadir hallarda rast gəlinir. Nəsli kəsilməkdə olan relikt növdür.Kəlbəcər rayonun Yanşaq kəndi yaxinliğinda “Çiçəkli Meşə” sahəsinda yayilmış. Ayı findığının ayrı-ayrı nümunələrinin hündürlüyü 25 m-ə, diameterləri 48-120 sm-ə çatir. Məhdud ərazində yayilmiş qiymətli bitki növü hesab edilir. Keçmiş SSRİ-nin qiymətli və nadir bitkilər siyahısına daxil edilmişdi.
2 Azerbaycan ağgülü.Rosa Azerbajdzhanica Novopokr et Rzazade. - Azərbaycanin nadir endem növü olub Kəlbəcər şəhəri rast gəlinir.
3 Gözəl telekiya.Telekia speciosa(Schreb.) baumg. - Nadir bitki növü olub Kəlbəcər rayonunun Yuxarı Ayrım kəndi ətrafında yayılmışdır.
Laçin rayonu
4 Ardıc meşəliyi. 1092 Ardıç-Üçüncü Dövrün istisecər bitkilərinin madir reliktidir. Ardıc meşəsi Laçın şəhəri ətrafinda, Həkəri çayının sağ və sol sahillərində dəniz səvviyyəsindən 650-1100 m yüksəklikdə yayılmışdır. Ağaclarin orta yaşı 100-150 ildir.
5 Adi meşə gilasi.Padus racemosa(Lam) Gilib. - Yoxa çixmaq təhlükəsi altinda olan nadir növ olub orta və yuxarı dağliq qurşaqlarinda, meşə kənarinda, daha çox enliyarpaqlı meşələrin tərkibində bitir. Göstərilən ərazidə Laçın rayonunun Əyridağ ərazisində yayılmışdır.
6 Təkdənli buğda.Triticum mono-coccum L. - Çox nadir növ olub Laçın rayonu ərazisində rast gəlinir.
Zəngilan rayonu
7 Ağıriyli ardic.Juniperus foeti-dissima Willd. - Nadi növ olub Zangilan rayonunun Ağbənd, Şayıflı kəndləri ərazisində yayılmışdır.
8 Azşüalı dağçətiri.Peucedanum pauciradiatum Tamamsch. - Nadir növ olub (Qafqaz) Zəngilan rayonunun Ağbənd kəndi ətrafinda yayılmışdır.
9 Araz palidi.Quercus araxina.(Trautv.) Gross. - Nadir növ olub Zəngilan rayonu Bartaz, Göyali, Ördəkli, Şayıflı, Keçikli kəndləri ətrafində yayımişdir. Ölkəmizdən başqa, yalnız Ermənistanda və İran İslam Respublikasında bitir.
10 Qaya dovşanalması.Cotoneaster saxatilis Pojark. - Azərbaycanın nadir endem novüdür. Zəngilan rayonu Ağbənd kəndi ərazisində rast gəlinir.
11 Meşə üzümü.Vitis silvestris Gmel. - Arealı azalmaqda ollan nadir növ olub Zəngilan rayonu Ağbənd kəndi ərazisində yayilmişdir.
12 Şərq çinarı.Platanus orientalis L. - Ehtiyati azalmaqda olan relikt növ olub. Zəngilan rayonunun Bəsitçay və Oxçuçay hövzələrində rast galinir.
13 Şoranyer qarğasoğanı.Gladiolus halophilus Boiss. Et Heldr. - Çox güman ki, nəsli kəsilmiş növdür. Zəngilan şəhəri ətrafində rast gəlinmişdir.
14 Araz palıdı meş.Quercus araxina (Trautv.) Gross. 10.000 Aşağı məhsuldan meşələr araz palıdından ibarətdir. Nəsli kəsilmək təhlükəsi altinda olan növdür.
Cəbrayil rayonu
15 Ağıriyli ardıc.Janiperus foetidissima Willd. - Nadir növ olub Cəbtayil rayonunun Çullu, Qazanzəmi, Şıxlar kəndləri ərazisində yayılmışdır.
16 Yuliya dağlaləsi.Tulipa schmidtii Fomin. - Şimali İran mənşəli nadir növ olub Cəbrayil rayonu Soltanlı qəsəbəsi ətrafında yayılmışdır.
17 Şmidt dağlaləsi.Tulipa schmidtii Fomin. - Cənubi Qafqazin tükənməkdə olan endem növü olub Soltanlı qəsəbəsi ərazisində yayılmışdır.
18 Alp vudsiyası.Woodsia mezofi Gray. - Çox nadir növ arkto-alp reliktidir. Cəbrayil rayonunun “Xoca Əlif” ərazisində yayılmışdır.
19 Kuznetsov əsməsi.Anemone kusnetzowii Woronow ex Grossh. - Yoha çıxmaqda olan Cənubi Qarabağ endem növü. Keçmiş SSRİ məkaninda yalniz Azərbaycanda-Cəbrayil rayonunun Daşkəsən və Güzlah kəndləri arasinda rast ğəlinirdi.
Füzuli rayonu
20 Fişer şternbergiyası.Sternbergiya fischeriana (herb.) Roem. - Nadir, arealı azalan növ olub Füzuli rayonunun Qaraköpəktəpə və Dövlətyarlı kəndləri ətrafinda yayılmışdır.
21 Qafqaz xadicə-gülü. Galanthus cau-casicus (Baker), A. Grossh.

- Areali azalmaqda olan nadir növ olub Füzulinin Dövlətkarlı kəndi ətrafinda rast galinir.
22 Vələsyarpaq azat.Zelkova carpinifolia C. Koch. - Qafqazin və İranın nadir relikt növü olub Füzulinin Hoqa kəndi ətrafında yayılmışdır.
Şuşa rayonu
23 Fişer şternbergiyası.Sternbergiya fischeriana (herb.) Roem. - Nadir, areali azalan növ olub Şuşa rayonunun Topxana ərazisində yayılmışdır.
24 Vələsyarpaq azat. Zelkova carpinifolia C. Koch.

- Qafqazin və İranın nadir relikt növü olub Şuşa ətrafında yayılmışdır.
25 Təkdənli buğdaTriticum monococcum L. - Çox nadir növ olub Şuşa ətrafında rast galinir.
26 İtikənarlı süsən.Iris acutiloba C.A.Mey. - Nadir, məhdud ezofi Qafqaz endemi olub Şuşa ətrafinda (Topxana) yayılmışdır.
27 Qafqazin xədicə-gülü. Galanthus caucasicus (Baker), A. Grossh.

- Arealı azalmaqda olan nadir növ olub Şuşanın Keçəl Qaya kəndi və Topxana rast gəlinir.
28 Sağsağan gül-xətmisi.Alcea sachsachanica Iljin. - Azərbaycanin nadir endem mövü olub Şuşa ərazisində Sağsağan dağı və Cıdır düzü ətrafinda rast gəlinir.
29 Qırmızı tubulqa.Pyracantha coccinea Roem. - Şərqi Aralıq dənizi səhillərinə məxsus nadir növ olub Şuşa rayonunun Daşaltı kəndi ətrafında yayılmışdır.
30 Hirkan ənciri.Ficus hyrcana Grossh. - Azərbaycanin endem bitki növü olub Şuşa ətrafında yayılmışdır.
31 Qafqaz qaş səhləbi.Ophrys caucasica Woronow ex Grossh. - Nadir Qafqaz endem növü olub Dağlıq Qarabağ ərazisinda raz galmişdir.
32 Qarabağ dağlaləsi.Tulpa karabachensis Gross. - Cənubi Qafqazin nadir endem növü olub Şuşa ətrafinda yayılmışdır.
Ağdam rayonu
33 Saqqiz ağacı meşəliyi.- 732 Mezofill meşə formasiyalarina xas olan unikal nəbatat obyektidir. Elmi-təcrübi əhəmiyyət daşıyan bu saqqız ağaclarının diametri 25-32 sm, hündürlüyü 8-12 m, yaşı isə 370-400 il qiymətləndirilmişdir.
34 Fişer ştrenberg –iyası.Sternbergiya fischeiana (herb.) Roem. - Nadir, məhdud endem növ olub Ağdam rayonunun Göytəpə kəndi ətrafında yayılmışdır.
35 Kamilla süsəni.Iris camillae Grossh - Nadir məhdud endem növ olub Ağdam ətrafında yayılmışdır.
Ağdərə rayonu
36 Çinar meşəliyi.- 5.0 Tərtərçayın hövzəsində qiymətli qarışıq palıd-fıstıq meşəliyi.
37 Adi meşə gilası.Padus racemosa.(Lam) Gilib) - Yoxa çəxmaq təhlükəsi altında olan nadir növ olub Ağdərə rayonunun Şırşır vadisi ərazisinda yayılmışdır.
38 Şmidt dağlaləsi.Tulipa schmidtii Fomin. - Cənubi Qafqazin tükənməkdə olan endem növü olub göstərilən ərazidə Ağdərə rayonunun Kuropatkin kəndi yaxınlığındaki Qaaraçul dağında yayılmışdır.
39 Şərq çinarı.Platanus Mezofitalis L. - Ehtiyati azalmaqda olan relikt növ olub Ağdərə rayonu ərazisində Tərtərçayın hövzəlində rast gəlinir.
Əsgəran rayonu
40 Qarabağ dağlaləsi.Tulpa karabachensis Gross. - Cənubi Qafqazin nadir endem növü olub Əsgəran (Topxana) ərazisində, Domu, Tağ və Tuğ kəndləri ətrafında yayılmışdır.
41 Kamilla süsəni.Iris camillae Grossh. - Nadir məhdud endem növ olub Əsgəran ətrafında yayılmışdır.
42 Şmidt dağlaləsi.Tulipa schmidtii Fomin. - Cənubi Qafqazin tükənməkdə olan endem növü olub göstərilən ərazidə Əsgəran (Topxana) yayılmışdır.
43 Gözəl təkəsaqqal.Scorzonera pusilla Lomak. - Çox nadir endem növ olub Ziyarət daği. Ağcakənd, Əsgəranda Topxana ərazisinda yayılmışdır.
Xankəndi
44 Pırkal meşəliyi. 20.0 Meşqəaltı pırkaldan ibarət fıstıq-palıd meşəsi.
45 Təkdənli buğda.Triticum monococcum L. - Çox nadir növ olub Xankəndi ərazisinində Şuşakənd və Topxana ətrafında yayılmışdır.
46 Hirkan ənciri.Ficus hyrcana Grossh. - Azərbaycanin endem bitki növü olub Xankəndi ətrafında rast gəlinir.
47 Adi şabalıd. Castanea sativa Mill.

- Areali tədricən azalan relikt növ olub Xankəndinin Moşxmaat kəndi ətrafında rast gəlinir.
48 Vələsyarpaq azat.Zelkova carpinifolia C. Koch. - Qafqazin və İranın nadir relikt növü olub Xankəndi ətrafında yayılmışdır.
49 Uzunyarpaq tozbaş səhləb.Cephalanthera longifolia (L.)Fritsch. - Arealı kiçilməkdə olan az rast gələn növ olub Xankəndi şəhəri ətrafında yayılmışdır.
50 Hirkan şümşəsi-pirkal. Ilex hyrcana Pojark.

- Nəsli kəsilmək təhlükəsi altinda olan relikt növ (Qafqaz və İran İslam Respublikası endəmi) Xankəndinin Badara və Daşaltı kəndi ətrafında rast gəlinir.
Xocavənd rayonu
51 Azat meşəliyi.- 0.5 Üçüncü Dövrün relikt ağacıdır. Keçmiş SSRİ-nin nadir ağaclar siyahısinda olmuşdur. Ağacların orta yaşı 100 il, diametri 24 sm, hündürlüyü 12 m olmuşdur.
52 İtikənarlı süsən.Iris acutiloba C.A.Mey. - Nadir, məhdud areallı Qafqaz endemi olub Xocavənd (Kuropatkino kəndi ətrafı) ətrafında yayılmışdır.
Hadrud rayonu
53 Sağsağan gül-xətmisi.Alcea sachsachanica Iljin. - Azərbaycanın nadir endem növü oıub Hadrud rayonunun Domu kəndi ətrafında rast gəlinir.
54 Vələsyarpaq azat.Zelkova carpinifolia (Pall.) C. Koch. - Qafqazin və İranın nadir relikt növü olub Hadrudun Domu, Axullu kəndləri ətrafında yayılmışdır.
55 Meşə üzümü.Vitis silvestris Gmel. - Areali azalmaqda olan nadir növ olub Hadrud rayonunun Domu kəndi ərazisinda yayılmışdır.
56 Məxməri gərməşov.Euonymus velutina Fisch. Et Mey. - Nadir relikt növüdür. Hadrud ətrafında rast gəlinir.
57 Giləmeyvəli qaraçöhrə.Taxus baccata L. - Nadir relikt bitki növü olub Hadrud rayonunun Domu kəndi ətrafında rast gəlinir.