MƏDƏNİYYƏT

Mədəniyyət

   Azərbaycan mədəniyyətinin kökləri qədim dövrlərə gedib çıxır. Bunu Qobustanın  daşları üzərindəki petroqliflər, Naxçıvandakı Gəmiqaya, Kəlbəcərdəki Dəlidağ, Neolit və Tunc dövrlərinin qədim keramikası, çoxsaylı dəfn yerlərindən və məskənlərdən tapılmış ornamentli tunc əşyalar, qızıl və gümüş məmulatlar sübut edir.
Azərbaycanda qədim inanlar (animizm, əcdadların kultu və s.) inkişaf prosesində  e.ə. 1-ci minilliyin ortalarında zərdüştilik dini ilə sıxışdırıldı. Yer üzündə  ən qədim dinlərdən biri olan zərdüştiliyin dualist konsepsiyasına görə, dünyanı Xeyir və Şər, Ahura Mazda və Əhrimən idarə edir. Zərdüştiliyə tapınanların başlıca mənəvi vəzifələrindən biri seçim konsepsiyası idi. Əsas bayramlardan biri Xeyirim Şər üzərində qələbə çaldığı Novruz (“Yeni gün”) idi. Əsrlər keçdikcə, Novruz  artıq Azərbaycanda bahar bayramı, gecə ilə gündüzün bərabərləşdiyi gün kimi, təbiətin oyanışı kimi qeyd olunur. Martın 21-dən başlayan bu bayram bir neçə həftə davam edir.

Orta əsrlərdə şəhərlər başlıca mədəni, siyasi, inzibati və ticarət mərkəzlər  kimi inkişaf edirdi: Şamaxı, Gəncə, Bakı, Bərdə, Şəki, Təbriz, Naxçıvan, Şabran,  Ərdəbil, Marağa, Qəbələ, Beyləqan və s. Orta əsr müəllifləri Azərbaycanı yüz  şəhər ölkəsi adlandırırdı. 5 əsrdə Qafqaz Albaniyasının öz yazı əlifbası var  idi. Alban salnaməçisi Musa Kalantuklu “Albanların tarixi” ni yazmışdır. Bu salnaməyə alban şairi Davdəkin böyük Cavanşirin ölümünə yazdığı poema da daxildir.
7 əsrin sonu – 8 əsrin əvvəlində, artıq şəhər əhalisinin əksəriyyəti islamı qəbul etdikdən sonra, yeni mədəniyyət yarandı və alban yazısını ərəb yazısı əvəzlədi. Ölkədə çoxlu məktəb və mədrəsələr açıldı. Burada Quranla yanaşı riyaziyyat, tibb, astronomiya, fəlsəfə və digər elmlər öyrənilirdi. Bu dövrdə və sonra da ölkədə intensiv tikinti işləri aparıldı. Azərbaycanın İntibah dövrünü əhatə edən 11-12 əsrlərdə çoxlu dini tikililər, məscidlər, qəsrlər, qalalar, irriqasiya  sistemləri yaradıldı.

Bu dövrdə filosof Bəhmənyar, tarixçi Məsud ibn Namdar, memar Əbubəkr Ə cəmi,  şair Məhsəti Gəncəvi, dahi şair və filosof Nizami Gəncəvi, şair və mütəfəkkir  Əfzələddin Xaqani və b. yaşayıb – yaratmışlar. Türk – oğuz eposu “Kitabi – Dədə  Qorqud” da bu dövrdə birdəfəlik formalaşmışdır. Şahmat, nərd, çovqan oyunları geniş yayılmışdı. Demək olar ki, hər bir şəhərdə zorxanalar var idi. Bakıdakı Qız qalası, Naxçıvandakı türbələr, Pirsaat çayı üstündəki xanagah da bu dövrün  abidələridir.

13-15 əsrlərdə də, müharibələrə və işğallara baxmayaraq, intensiv mədəni inkişaf  davam edirdi. Azərbaycan dilində Həsənoğlunun divanı, şair Əlinin “Qisseyi Yusif”  kimi incilər yarandı. Dahi Azərbaycan alimi, astronom və filosof Nəsirəddin  Tusinin təşəbbüsü ilə Marağada böyük rəsədxana inşa edilmişdi. Müsəlman dünyasının  sonraki astronomları da Tusini özlərinin müəllimi həsab edirdilər. Rəsədxanada o vaxta qədər elmə məlum olmayan, Tusinin özü tərəfindən quraşdırılmış cihazlar  və qurğular yerləşdirilmişdi. Elə bu əsrlərdə məşhur musiqişünaslar Səfiəddin Urməvi və Əbdülqədir Marağayi orijinal və bənzərsiz musiqi not sistemini yaratdılar.
\r\n Bu dövrün mədəniyyəti görkəmli şəxsiyyətləri, filosof və şairləri ilə diqqət  çəkir: İmadəddin Nəsimi, Bədr Şirvani, Əbdürrəşid Bakuvi, Seyid Yəhya Bakuvi,  məşhur tarixçi Rəşidəddin. Bir çox görkəmli şair, riyaziyyatçı və filosoflar məhəbbət lirikası pərdəsi altında lirikası pərdəsi altında sufi fəlsəfisinin ali prinsiplərin inkişaf etdirmişlər. Nəsimi və Bakuvi kimi sufi filosofları universal dəyərlər mədəniyyətini zənginləşdirmişlər.
\r\n Səfəvilər dövründə (16 əsr) miniatür sənəti və xəttatlıq yeni impuls aldı. Bu  dövrdə bütün Şərqdə məşhur olan Təbriz miniatür məktəbi və onun ən parlaq nümayəndəsi  Sultan Məhəmmədin yaradıcılığı çiçəklənmə dövrünü yaşayırdı. Məhəmməd Füzulinin  (1494-1556) “Leyli və Məcnun” poeması poetik yaradıcılığın zirvəsi idi. Şifahi  xalq yaradıcılığı da inkişaf edirdi. “Koroğlu” eposu geniş yayılmışdı. Belə ki, Koroğlunun əfsanəvi Çənlibel qalasının mövcud olması bir neçə məkanla bağlıdır.
Orta əsrlərdə Azərbaycanda tətbiqi sənətlər – şüyrələnmiş keramika, metal məmulatlar,  rəngli şüşə istehsalı, xalçaçılıq və toxuculuq geniş yayılmışdı. Bunların görkəmli  sənət nümunələri dünyanın aparıcı muzeylərində – Ermitajda, Luvrda, Topqapıda,  Viktoriya və Albert muzeyində, Metropoliten – muzeydə və s. – də saxlanılır.

Yerli sənətkərların şöhrəti elə geniş yayılmışdı ki, onları digər ölkələrə  dəvət edir, bəzən də müharibələr vaxtı zorən aparılırdılar. Məs., Azərbaycanın  memarları, misgərləri, xəttatları və daş ustaları Səmərqəndin, Şəhrisəbzin, İraqın və Hindistanın bir çox memarlıq incilərinin tikintisində iştirak etmişlər.
Azərbaycan Rusiya imperiyasına qatıldıqdan sonra Avropa mədəniyyətinin güclü  təsir dövrü başladı. Bu, əksini memarlıqda, təsviri sənətdə, ədəbiyyatda, təhsildə  və s.-də tapmışdır. 19 əsrdə Azərbaycan tarixinə həsr olunmuş ilk əsər, Abbasqulu ağa Bakıxanovun “Gülüstani-irəm” əsəri yazıldı. Azərbaycan dramaturqiyasının  banisi Mirzə Fətəli Axundov (1812-1878) həm də realist nəsr nümunələri yaratdı.  1874 – cü ildə Azərbaycan dilində ilk qəzet nəşr olundu. “Əkinçi” qəzetinin naşiri məşhur pedaqoq və maarifçi Həsən bəy Zərdabi idi.
1873 – cü ildə Azərbaycan dilində ilk teatr tamaşası göstərildi, 1866-ci ildə  isə ilk sərf – nəhv məktəbi açıldı. 19 əsrdə-20 əsrin əvvəllərində Azərbaycan  dilində artıq xeyli sayda qəzet və jurnal nəşr olunurdu: “Hümmət”, “Təkamül”,  həmçinin rus dilində “Bakinski raboçi”, “Kaspi”. Cəlil Məmmədquluzadənin nəşr  etdirdiyi “Molla Nəsrəddin” jurnalı geniş yayılmışdı. Təkcə Azərbaycanda deyil,  bütün mesəlman Şərqində məşhur olan bir çox mədəniyyət xadimləri – karikaturaçı  rəssam Əzim Əzimzadə, satirik şair Mirzə Ələkbər Sabir, şair Əliqulu Qəmküsar  və b. bu jurnalda əməkdaşlıq edirdilər.
1908-ci il yanvarın 12-də ilk milli Azərbaycan operası – Üzeyir Hacibəyovun  “Leyli və Məcnun” operasının ilk tamaşası, 1913-cü il oktyabrın 25-də isə ilk milli musiqili komediya “Arşın mal alan” operettasının ilk tamaşası oldu. O  dövrün milli teatr səhnəsində Hüseyn Ərəblinski, Hüseynqulu Sarabski, Mirzağa Əliyev və Sidqi Ruhulla kimi müqtədir sənətkarlar çıxış edirdilər. Azərbaycanın  müasir təsviri sənətinin bünövrəsi də bu dövrdə qoyulmuşdu. Onun başlanğıcında Bəhruz Kəngərli və Əzim Əzimzadə dururdu. Memarlardan Ploşko, Skibinski, Qoslavski,  Əhməd bəy Zivərbəyov indiki Kukla tetarının binası, Bakı meriyası, Tarix muzeyi,  İncəsənət muzeyi, Elmlər Akademiyasının Rəyasət Heyəti, Opera və Balet teatrı,  Şamaxıdakı Cümə məscidi kimi memarlıq inciləri yaratdılar.
Azərbaycanda sovet dövründə memarlıqda yeni cərəyan – konstruktivizm təşəkkül \r\n tapdı: Bakıda indiki Standart bankın binası və s. (Şusev, Vesnin qardaşları  və b.). Milli memarlıq məktəbi Mikayıl Hüseynov, Sadıq Dadaşov, Ə. Qasımzadə,  Ə. İsmayılov, V. Şulgin və b.-nin yaradıcılığı ilə təmsil olunurdu.
O dövrün şair, yazıçı və dramaturqları Hüseyn Cavid, Mikayıl Müşviq, Abbas Səhhət, \r\n Yusif Vəzir Çəmənzəminli, Məmməd Səid Ordubadi, Cəfər Cabbarlı və b. Azərvaycan \r\n ədəbiyyatını zənginləşdirmişlər.
Bəstəkarlar Qara Qarayev, Fikrət Əmirov, Niyazi, Arif Məlikov müasir Azərbaycan \r\n musiqi mədəniyyətinin inkişafında böyük rol oynamışlar. Vaqif Mustafazadə, Əzizə \r\n Mustafazadə, Rafiq Babayev və b. caz musiqiçiləri yaradıcılıqlarında ənənəvi \r\n musiqi motivlərindən istifadə etmişlər.
Yeni dövrün ən tanınmış rəssam və heykəltaraşları Mikayıl Abdullayev, Səttar \r\n Bəhlulzadə, Tahir Salahov, Toğrul Nərimanbəyov, Ələkbər Rzaquliyev, Fuad Əbdürrəhmanov,  Tokay Məmmədov, Ömər Eldarov və b.-dır. Onlar milli rəssamlıq məktəbinin görkəmli  nümayəndələridir. Həsən Seyidbəyli, Rasim Ocaqov, Arif Babayev, Əjdər İbrahimov  və b. tanınmış kinorejıssorlardır. Məşhur yazıçılar sırasında Maqsud və Rüstəm İbrahimbəyovlar, Natiq Rəsulzadə, Elçin, Çingiz Abdullayev və b. vardır.