“Discover Azerbaijan”: QUBA.

Dəfələrlə düşünmüşəm ki, eyni şeyi Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Azərbaycan haqqında da etmək çox yaxşı olardı. Daha çox turist nöqteyi-nəzərindən. Şəhərlər, mədəniyyət abidələri, insanlar, mətbəx və s.

Yeni Discover Azerbaijan layihəsi adı altında biz bütün bunları imkan daxilində qısa və gözəl şəkildə təqdim etməyi qərara aldıq. Mən qısa olaraq şəhər və kəndlər haqqında danışmaqla yanaşı, bütün bunları fotokameraya çəkəcəm. Bu layihədə sürücü və video operator vəzifəsini öz üzərinə götürən dostum Elçin də mənə kömək edir. Beləliklə, biz Azərbaycanın şimal bölgəsindən – Qubadan başlayacağıq.

Quba – Bakıdan 168 km məsafədə yerləşir, Quba inzibati rayonunun mərkəzidir. Şahdağ dağının şimal-şərq ətəklərində, dəniz səviyyəsindən 600 m yüksəklikdə, Qudyalçay çayının sağ sahilində, Xaçmaz dəmiryolu stansiyasından 28 km cənub-qərbdə yerləşir.

Şəhər bizi rütubətli hava şəraiti ilə qarşıladı. Bütün günü narın yağış yağırdı. Lakin bu bizə mane olmurdu.

Qubanın sahəsi. Şəhərin mərkəzi, yol ayırıcısı.

IMG_225759

Heydər Əliyev prospekti. Şəhər tədricən müasirləşir. Küçə və parklar gözəl işıqlandırılmışdır.

IMG_225753

Gənclər Mərkəzi, Yaşıl Teatr və dövlət bayrağı (tam sakit hava olduğu üçün görünmürdü).

IMG_225742

Bazar səhəri, tək-tək yoldan ötən

IMG_225728

Həftəsonu bazarı. Təzə pendirlər və digər süd məhsulları

IMG_225787

Quba rayonu alma və armudu ilə məşhurdur.

IMG_225791

Həmçinin paxlavası ilə də. Bura qonaq gəlsəniz, mütləq özünüz və yaxınlarınız üçün alın.

Quba Turist İnformasiya mərkəzində gəzməli-görməli yerlər haqqında məlumat topladıqdan sonra biz marşrutumuzu cızdıq.

IMG_225794

Quba həmçinin xalçaları ilə də məşhurdur. Bəzən orta ölçülü əl işi olan xalçanı toxumaq üçün yarım ildən artıq vaxt lazımdır.

IMG_225803

Yenicə tikilmiş Quba Memorialı Soyqırım Kompleksi.

IMG_225707

IMG_225712

Cümə məsçidi. Bu məsçid XIX əsrdə tikilmişdir. Onun yalnız Quba əyalətinə xarakterik tikilişi vardır.

Görünüşcə taraşlı silindri, başqa sözlə düzgün səkkizbucaqlını xatırladır.

IMG_225694

Şəhəri iki hissəyə bölən Qudyalçay çayının üzərindəki körpü.

IMG_225768

Qudyalçay çayının üzərindəki köhnə körpü 100 ildir ki, Quba şəhərini və dağ yəhudilərinin yaşadığı “Qırmızı Qəsəbə”ni ayırır.

IMG_225776

“Qırmızı qəsəbə”nin mərkəzi.

IMG_225781

İbadət evi

Daha sonra biz yüksək dağlıq ərazidə yerləşən Xınalıq kəndinə yön aldıq.

IMG_225779

Yol mənzərəli meşənin içindən keçir.

IMG_225812

Uzaqda Qəçrəş kəndindəki evlərin damı görünür.

IMG_225822

Bu tərəflərin təbiəti çox gözəldir!

IMG_225833

Daha da yüksəkliyə qalxdıqca biz qatı dumana qərq olduq.

IMG_225852

Çobanlar mal-qaranı geri sürürlər.

IMG_225876

Adətən yolüstü ucuz və dadlı kabab dadmaq üçün kiçik kafelər tapmaq olur.

IMG_225879

Getdikcə hər şey daha da gözəlləşirdi

IMG_225887

Buludlar artıq bir kənarda qaldı və qarşımızda belə bir mənzərə açıldı.

IMG_225900

Xınalıq kəndi. Dəniz səviyyəsindən 2250 km hündürlükdə. Daima böyük şəhərdə yaşayan insan üçün ilkin olaraq belə təmiz havaya uyğunlaşmaq çətin olur.

Xinaliq

Tarix muzeyi

IMG_225902

Eksponatların bir çoxu çoxəsrlik tarixə malikdir

IMG_225907

Hətta kömürlə işləyən ütülərə də rast gəlmək olurdu

IMG_225913

Yerli məhəllənin uşaqları könüllü olaraq şəhər üzrə bələdçi olmağa razılıq verdilər.

Xınalıqdan Qubaya geri qayıtdıqdan sonra, Afurca şəlaləsi istiqamətinə getdik.

IMG_225939

Təngəaltı dərəsi.

IMG_225952

 

Əfsuslar olsun ki, qəfil yağış və şəlaləyə gedən yolun mailliyinə görə biz geri qayıtmaq qərarına gəldik. Belə ki, gil yol artıq palçıq şirəsinə döndü və hətta bizim yolsuzluq üçün nəzərdə tutulan maşınımızın şəlaləyə qalxmağa gücü çatmadı.

Məcid Əliyev

Orijinal məqalə: http://news.lent.az/news/179116