Discover Azerbaijan – 11. Lenkaran, Lerik, Masalli

Lənkəran Azərbaycanın cənub-şərq hissəsində, Xəzər dənizinin sahilində yerləşir. Bu, respublikanın ən parlaq və gözəl şəhərlərindən biridir. Nəfis memarlıq, ecazkar iqlim və heyranedici təbii landşaftlar bu şəhərin fərqləndirici xüsusiyyətləridir.

Hərçənd  şəhər bizi leysan yağışla qarşıladı, amma bu bizə mane olmadı.

2(1820)
Parkda çətirlə gəzməyin əsl vaxtdır. Təmiz hava. Gözəldir!

3(1614)

Parkın ətrafında bir çox inzibati bina yerləşir. Həmçinin gənclər mərkəzi.

Mirəhməd xanın evi-sarayı. Bu saray 1913-cü ildə fransız memarları tərəfindən inşa edilmişdir və şəhərdə ilk üçmərtəbəli bina olmuşdur. Burada olduqca qiymətli eksponatlarla Tarix və Etnoqrafiya Muzeyi işləyir. İndi burada bərpa işləri aparılır və tezliklə muzey yenidən işləyəcək.

41

Şəhərdə gəzərkən biz bu abidəyə rast gəldik. Yerli sakinlərin dediyinə görə bu, dostluq abidəsidir. Onu uşaqlıqdan qocalığa qədər dostluq edən iki şəhər sakininin şərəfinə ucaldıblar.

feff0301e87f17c86d6f93b0d76f8408

Lənkəran qalasından yalnız parçalar qalıb. Qırmızı kərpicdən qala – Dairəvi Qala (XVII əsr). 1812-ci ildə qala Rusiya imperiyasının qoşunları tərəfindən ələ keçirilmişdir, qala isə həbsxana kimi istifadə edilməyə başlanılmışdır. Bu yaxınlardan tikili Azərbaycan ərazisində dövlət mühafizəsinə götürülmüş memarlıq abidələrinin siyahısına daxil olub.

16524752854a2db2768ced826b1226da

2f84c0506c937fcf4567e9454530b65b

Комментариев еще нет.

Оставить комментарий